Məktəbimiz

Mİngəçevir şəhər Yaşar Muradov adına 11№- li tam orta məktəb.




Beynəlmiləl döyüşçü Yaşar Muradov haqqında    
m ə l u m a t



Yaşar İsfəndiyar oğlu Muradov 16 noyabr 1967-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. Birinci sinifi öz doğma kəndində oxuyub.1975-ci ildə Muradovlar ailəsi Mingəçevirə köçmüş,həmin ildən Y.Muradov 11 №li məktəbdə təhsilini davam etdirmişdir. 1985-ci ildə həmin məktəbin X sinifini bitirən Y.Muradov 16 aprel 1986-cı ildə Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır.
O, sovet ordusu sıralarında hərbi xidmətini Əfqanıstanda səhra postu – 54783 №li hərbi hissədə keçiib.1987-ci il oktyabrın 31-də qəhrəmancasına həlak olmuşdur.
Sıravi əsgər Yaşar Muradov “Lenin ordeni”nə və “İgidliyə görə” medalla təltif olunmuşdur.
1988-ci ildə 11№li orta məktəbə Yaşar Muradovun adı verilmişdir.

Комментариев нет:

Отправить комментарий