9 noyabr - Bayraq günü.
Azərbaycan bayrağımız daim ucalsın. İgid ,qəhraman, cəsur , istedadlı gənclrimiz günü-gündən çoxalsın. Yaşa Azərbaycan,Yaşa Ana vətən torpağımız!!!
Kimdir ən böyük şair
Mənim
babam Nizami .
Ən
qəhrəman sənətkar
İmadəddin
Nəsimi .
İldırım
sürətli at
Koroğlunun
Qıratı .
Qısa
qaynar bir həyat
Cabbarlının
həyatı .
Dünyada ən gözəl səs
Xanın, Bülbülün səsi .
Ən
doğma gözəl ölkə
Azərbaycan
ölkəsi !
"Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın
Qanununda qeyd edilir:
Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət
bayrağı eni
və uzunluğu bərabər olan rəngli üç üfuqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir.
Azərbaycan Respublikasının Dövlət
bayrağı və onun
təsviri, ölçülərindən asılı
olmayaraq
təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir."
Bizim dövlətimiz üçrəngli bayrağımızı əziz
tutaraq noyabr ayının 9-nu Bayraq günü
kimi qeyd edir. 

























Комментариев нет:
Отправить комментарий